Sabirabad rayonunda baş verən yanğın söndürüldü

Hadisə

07.05.2025 11:04

13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. 

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 m² olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb. 

Digər obyektlər yanğından mühafizə olunub.

tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,