Saatlıda pirotexniki vasitələr satan şəxs müəyyən olundu

Hadisə

18.12.2024 12:50

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən A.Məmmədov saxlanılıb və ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xitdmətinin Şirvan Regional qrupundan TodayPress-ə verilən məlumata görə, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

tag: Saatlı, Məcəllə, Pirotexniki, İnzibati, todaypress.az,