Saatlıda kanaldan meyit tapıldı

Hadisə

16.02.2025 09:25

2550

Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.

TodayPress APA-ya istinadən xəbər verir ki, M. Seyidovun qonşuları - 1980-ci il təvəllüdlü Elşad Elbrus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

tag: Saatlı,Hadisə,Meyid,Cinayət,todaypress.az,