Saatlıda ev yandı

Hadisə

18.02.2025 09:28

1685

Saatlı rayonunda 6 otaqlı ev yanıb. 

Bu barədə TodayPress-ə FHN-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, ümumi sahəsi 192 m² (hər mərtəbəsi 96 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 62 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Saatlı,Yanğın,FHN,Hadisə,Todaypress.az,