"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki lövhə söküldü - FOTO - YENİLƏNDİ
Bakıda yerləşən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (“Rus Evi”) fəaliyyət göstərdiyi binanı tərk edir.
TodayPress xəbər verir ki, bu barədə mərkəzin nümayəndəsi “TASS”a bildirib.
Binanın üzərindəki lövhə tamamilə sökülüb. Bundan əvvəl yalnız rus dilində olan yazı çıxarılmışdı. Hazırda binanın daxilində – foyedə və tədbirlərin keçirildiyi zalda olan şəkillər, plakatlar, afişalar və suvenirlər də yığışdırılıb. Mobil sərgi ləğv olunub, lakin bəzi əşyalar hələ də yerində qalır.
Qiymət Mahir
xxx
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi binanın üzərindəki hər iki dildə olan lövhə sökülüb.
TodayPress xəbər verir ki, dünən “Rus Evi”nin əməkdaşları divarlardan tabloları çıxarıb, məkanı boşaldıblar.
Xatırladaq ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. (APA)
tag: Rus evi,Rusiya,Bakı,Azərbaycan,Todaypress.az,
