“Roşka” ləqəbli tiktoker həbs edildi
Hadisə
27.11.2024 22:36
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı
cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı
polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
TodayPress DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb.
Ondan narkotik
vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Müvafiq qərarla
R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki,
eyni əməllərə görə, R.Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada
həbs edilmişdi.
tag: DİN, Polis, Tiktoker, Həbs, Roşka, todaypress.az,