Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olundu

Hadisə

15.08.2024 09:28

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

TodayPress xəbər verir ki, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 9 sürücü saxlanılıb.

Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.

Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

tag: Qusar, Polis, Narkotik, Avtomobil, Cinayət, todaypress.az,