Quldurluqda şübhəli bilinən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin kəsici-deşici alətlə hədələnərək 170 manatının alınması barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı A.Qədirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
tag: DİN,Polis,Quldurluq,Quldurluq ,Polis ,Şöbə,Pul ,todaypress.az,