Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada öldü

Hadisə

10.12.2024 22:34

Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

TodayPress xəbər verir ki, şəhərin M.P.Vaqif küçəsində pikapla “Hyundai Elantra” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində “Hyundai Elantra”nın sürücüsü Quba rayonu, Kübçal kənd sakini, 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu ağır bədən xəsarətləri alaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Qəza, Quba, Sürücü, Ölüm, Hadisə,Qusar, todaypress.az,