Qubada ölümlə nəticələnən qəza baş verdi

Hadisə

13.10.2024 09:45

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində "Hyundai" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda ölən və yaralı şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

tag: Quba,Avtomobil,Qəza,Ölüm,todaypress.az,