Qubada iki avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə

12.12.2024 20:31

Quba şəhərində yol nəqliyyat hadisəsi baş verib.

 

TodayPress xəbər verir ki, "VAZ" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

tag: VAZ, Nissan, Quba, Yol Nəqliyyat, Toqquşma, todaypress.az,