Qubada 1 nəfər göldə batdı
Hadisə
06.07.2024 15:19
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonu, İkinci Nügədi kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə TodayPress-ə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
tag: Quba, FHN, Quba, Nügədi Kəndi, Gəmi, todaypress.az,