Quba rayonunda elektrik vurması hadisəsi ilə bağlı cinayət işi başlanıldı

Hadisə

14.05.2025 13:31

14

Mayın 13-də Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində elektrik cərəyanı vurması nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyevin ölməsi, 2001-ci il təvəllüdlü Şəmistan Yusubovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

tag: Quba,Elektrik,Cinayət,Hadisə,Todaypress.az,