Quba Bakı yolunda minik avtomobili aşdı, yaralılar var

Hadisə

31.01.2025 01:34

Quba Bakı yolunda minik avtomobilinin aşması bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

TodayPress-ə məlumat verən Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə Quba-Bakı yolunun şəhər istiqamətində 140-cı kilometrliyində qeydə alınıb.


Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində “Kia Sportage” markalı minik avtomobili aşıb.

Nəticədə avtomobildə olan biri azyaşlı olmaqla 6 nəfərdən beşi xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

tag: Quba, Bakı, Minik, Avtomobil ,Qəza, todaypress.az,