Qobustanda ov tüfəngləri aşkar edildi

Hadisə

22.09.2024 14:56

Qobustanda ov tüfəngləri aşkar edilib.

TodayPress xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qobustanda polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 8 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

tag: Qobustan,Ov,Tüfəng,DİN,Mətbuat Xidməti,Şəki,todaypress.az,