Qızı ilə qeyri-əxlaqi video çəkən ana saxlanıldı
Hadisə
13.06.2024 16:11
Sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.
TodayPress xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Görüntülərdə əks olunan qadının 56, azyaşlının isə 8 yaşı var. Məlum olub ki, azyaşlı qadının övladıdır.
Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam etdirilir. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, sözügedən video evin hamam otağında lentə alınıb.
tag: Qeyri-etik, Azyaşlı, Görüntü, DİN, Qadın, todaypress.az,