Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıldı
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.
tag: Baş Prokurorluq,Cinayət,Fakt,Həbs,Todaypress.az,