Qəbələdə vətəndaşlardan odlu silahlar götürüldü
Hadisə
27.11.2024 12:47
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress-ə verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinlərindən 7 ədəd tüfəng aşkarlanıb.
Aparılan profilaktik tədbirlər nəticəsində isə 5 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.
tag: Qəbələ, Silah, Şəki, DİN, Qanunsuz, todaypress.az,