Qəbələdə tövlə yandı, 2 baş heyvan tələf oldu

Hadisə

15.03.2025 22:40

1961

Mal tövləsi və oradakı iribuynuzlu heyvanlar yanıb.

TodayPress xəbər verir ki, yanğın Qəbələ rayonunun Kürd kəndində baş verib.

Yanğın yerinə Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı kənd sakini 1974-cü il təvəllüdlü  Məmmədəliyev Sərvan Qinyaz oğluna məxsus  72 m² mal tövləsi, 2 ədəd iribuynuzlu heyvan və 2.5 ton ot tamamilə yanaraq məhv olub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

tag: Mal, Tövlə, Yanğın, Qəbələ, Kürd, todaypress.az,