Qəbələdə göldə bir nəfər batdı
Hadisə
23.01.2025 14:40
Qəbələdə göldə bir nəfər batıb.
Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nohurqışlaq kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
tag: Qəbələ,FHN,Nohurqışlaq ,todaypress.az,