Qəbələdə 53 yaşlı qadın dəm qazından zəhərlənərək öldü

Hadisə

13.04.2025 17:36

9

Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə Qəbələ rayonunda baş verib, hadisə nəticəsində rayon sakini 53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Aparılan bütün səylərə baxmayaraq şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

(APA)

tag: Qəbələ,Dəm qazı,Hadisə,Ölüm,todaypress.az,