Qəbələ-Ağdaş yolunda qəza - 2 əcnəbi turist öldü

Hadisə

15.06.2024 22:12

Qəbələdə zəncirvari yol qəzası baş verib, iki əcnəbi turist ölüb.

TodayPress xəbər verir ki, hadisə axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

Belə ki, iki "Mercedes" markalı minik avtomobilinin və yük avtomobilinin toqquşması nəticəsində iki əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb (report).

Faktla bağlı araşdırma aparılır.

tag: Qəbələ, Ağdaş, Yol qəzası,Turist, todaypress.az,