“Qazi” vətəndaşları şantaj etdi
Hadisə
06.07.2024 17:43
Şirvanda vətəndaşlara barələrində rüsvayedici məlumatlar yayacağı ilə bağlı hədə-qorxu edən şəxs saxlanılıb.
TodayPress xəbər verir ki, barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, özünü qazi kimi tanıdan Taleh Qədirov şəhər sakinlərindən birindən 1000 manat alıb, digərindən eyni məbləğdə tələb edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.
T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
tag: Qazi, Şirvan, Vətəndaşlar, Araşdırma, DİN, todaypress.az,