Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qaldı
Hadisə
25.12.2024 21:43
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya
uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ
qalıb.
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstanın
nəqliyyat naziri Marat Karabayev məlumat verib.
“Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü
sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan
vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin
hamısı ölüb”, - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.
Ümumilikdə ölənlərin sayı 38 nəfər təşkil edir.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a
məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya
uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya,
6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü
elan edilib.
tag: Təyyarə,Qəza, Qazaxıstan, AZAL, todaypress.az,