Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qaldı, ikisi öldü

Hadisə

25.12.2024 21:02

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi ölüb.

TodayPress  xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev təsdiqləyib.

“Göyərtədə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Təssüf ki, 38 nəfər ölüb, 29-u sağ qalıb. 5 ekipaj üzvündən 2 nəfəri ölüb, 3 nəfər sağ qalıb”  Karabayev deyib.

 

tag: Qazaxıstan, Təyyarə, Qəza, AZAL, Ölüm, todaypress.az,