Qazaxda qumbara tapıldı
Hadisə
04.02.2025 10:44
Qazaxda məişət tullantıları qutularının yaxınlığında hərbi sursat aşkar edilib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib.
Qeyd edilib ki, məlumat dünən axşam saatlarında agentliyə daxil olub. Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib.
Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.
tag: Qazax,ANAMA,Qumbara,F-1,todaypress.az,