Qazaxda minik avtomobili daşa çırpıldı, 4 nəfər xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətə olan “VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı Gəncə sakini olan 1953-cü il təvəllüdlü M. Sadıqov, 1955-ci il təvəllüdlü S. Piriyeva, 1961-ci il təvəllüdlü Z. Sadıqova və 1956-cı il təvəllüdlü Z. Vəliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
tag: Qazax, VAZ 2109, Qəza, Xəsarət, Şıxlı, todaypress.az,