Qazaxda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI
28.04.2025-cü il tarixində saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.
***
13:13
İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində aprelin 28-də mina hadisəsi baș verib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, Agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
tag: ANAMA,Əməkdaş,Mina,Qazax,Todaypress.az,