Qazaxda minaya düşən oğlanın ayağı amputasiya olundu
Hadisə
14.10.2024 13:32
Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub.
TodayPress xəbər verir ki, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal qara otaran zaman minaya düşüb.
Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
tag: Qazax ,Mina ,Partlayış ,Cərrahiyyə ,Əməliyyat ,todaypress.az,