Qazaxda 18 tələbə dönərdən zəhərləndi

Hadisə

11.10.2024 10:11

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

TodayPress xəbər verir ki, onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.

Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

tag: Qazax,Dönər,Zəhərlənmə,Tələbə,Bakı Dövlət Universiteti,todaypress.az,