Qazağın İkinci Şıxlı kəndini sel apardı - FOTOLAR

Hadisə

20.06.2024 19:39

Qazax rayonun İkinci Şıxlı kəndində güclü yağış və külək fəsad törədib.

TodayPress xəbər verir ki, bu gün Qazax rayonu İkinci Şıxlı kəndində yağan güclü yağış və külək nəticəsində küçələri sel aparıb. Əsən güclü külək yüzlərlə evlərin dam örtüyünü yararsız vəziyyətə salıb. Kənd sakinlərinin TodayPress-ə verdiyi məlumata görə hazırda kənddə elektrik, telefon və internet xəttləri tamamilə kəsilib.

tag: Qazax raonu, İkinci Şıxlı kəndi, Sel, Güclü külək, todaypress.az,

photo
photo