Qaxda silah-sursat aşkarlandı
Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
tag: Qax,Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,