Qaxda avtomobil qəzası: Xəsarət alan var

Hadisə

05.12.2024 22:19

Qaxda minik avtomobili divara çırpılıb, xəsarət alan var.

TodayPress xəbər verir ki, hadisə axşam saatlarında Qax şəhərinin ərazisində baş verib.

42 yaşlı Qax şəhər sakini Ramin İbrahim oğlu Mustafayev idarə etdiyi "Volkswagen" markalı minik avtomobilində idarəetməni itirərək maşını divara çırpıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Mustafayev Qax Rayon Mərkəzi Xəstəxansının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

tag: Qəza, Qax, Avtomobil, Xəsarət, Xəstəxana, todaypress.az,