Qarpızla dolu yük maşını dərəyə aşdı – Yaralılar var
Hadisə
29.06.2024 15:16
Şamaxıda yol qəzası baş verib.
TodayPress xəbər verir ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.
Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.
Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Yük Maşını, Qarpız, Şamaxı, Avtomobil, Qəza, todaypress.az,