Qarlı havada 41 nəfər xəsarət alıb
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, 2 nəfər əməliyyat üçün stasionara qəbul edilib.
tag: Səhiyyə Nazirliyi,Tibb,Xəsarət,Qar,Todaypress.az,