Qaradağda qəza törədən sürücü ağır xəsarət aldı
Hadisə
19.11.2024 07:22
Bakının Qaradağ rayonunda 28 yaşlı gənc
yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
TodayPress xəbər verir ki, 1996-cı il təvəllüdlü
Qəhrəmanov Şəmistan Əvəz oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı
maneəyə çırpılıb.
Yaralı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla
bağlı araşdırma aparılır.
tag: Qəza, Qaradağ, Avtomobil, Xəsarət, todaypress.az,