Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi
Hadisə
25.10.2024 02:06
Qaradağ rayonu Lökbatan qəsəbəsində ölümlə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress-in məlumatına görə, 68 yaşlı Həziyev Səfəralı
Məstalı oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə
olarkən tikinti materialları daşıyan yük avtomobili ilə toqquşub.
Ağır bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Meyit təcili tibbi yardım briqadası tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Hadisənin təfərrüatı araşdırılır.
tag: Hundai Elantra, Ölüm, Qəza, Meyit, todaypress.az,