Qanunsuz silah-sursatlar götürüldü
Hadisə
06.11.2024 09:38
TodayPress xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 4 tapança, 8 tüfəng, 9 patron darağı və 227 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
tag: Silah, Polis, Araşdırma, Cinayət, Hadisə, todaypress.az,