Qanunsuz saxlanılan odlu silah-sursat götürüldü

Hadisə

23.10.2024 09:57

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə DİN-dən TodayPress-ə məlumat verilib. 

Qeyd olunub ki, oktyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbara, 8 tüfəng, 5 patron darağı və 3698 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

tag: DİN, Avtomat, Polis, Tapança, Qumbara, Silah, todaypress.az,