Qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Hadisə

05.05.2025 14:08

4

Səbail rayonu ərazisində naməlum şəxs soyğunçuluq yolu ilə 51 yaşlı qadına məxsus içərisində bank kartları və sənəd olan pulqabını talayıb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı M.Nəzərov saxlanılıb.

Bundan başqa, Yasamal rayonunda bir nəfərin evindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamış 20 yaşlı D.Rəcəbzadə də saxlanılıb.

Araşdırmalar aparılır.

tag: DİN,Polis,Oğru,Soyğunçu,Todaypress.az,