Qadın “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqladı
Bərdə rayonunda 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalov bıçaqlanıb.
TodayPress xəbər verir ki, hadisəyə onun “Tiktok” sosial şəbəkəsində qadınla mübahisəsi səbəb olub.
C.Zeynalov mübahisədən sonra görüşdüyü qadın tərəfindən bıçaq xəsarəti alıb. Ona xəsarət yetirməkdə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova şübhəli bilinir. T.Hüseynova şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Bıçaqlanma, Bərdə, Xəsarət, Tiktok, Mübahisə, todaypress.az,