Qaçırdığı motosikleti idarə edən şəxs saxlanıldı
Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində “Yamaha” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Məlikov motosikleti idarə edərkən saxlanılıb.
Araşdırma aparılır.
tag: DİN,Polis,Motosiklet,Həbs,Todaypress.az,