Polis zabiti avtomobil qəzasında vəfat etdi
Hadisə
09.10.2024 22:38
Oktyabrın 9-da saat
21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in
Mətbuat xidmətindən TodayPress-ə bildirilib ki, "Toyota" markalı
avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin
sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma
aparılır.
Qeyd edək ki,
məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.
tag: Polis,Zabit, Avtoqəza, Totota, Maşın, Qazax,