Polis Binəqədidə 2 “Kalaşnikov” avtomatı aşkarladı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 2 avtomat silahı və 33 patron tapılaraq götürülüb.
tag: Polis,Avtomat,Binəqədi,Silah-sursat,Todaypress.az,