Pirotexniki vasitələrin satışı ilə məşğul olan 15 nəfər saxlanıldı

Hadisə

31.12.2024 16:55

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail, Sabunçu və Xətai rayonları, həmçinin Sumqayıt və Gəncə şəhərləri, eləcə də Lənkəran və Salyan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 15 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

tag: Polis,Pirotexniki,Qanunsuz,Dövlət Gömrük Komitəsi,todaypress.az,