Penitensiar Müəssisəsində məhbus niyə ölüb? – AÇIQLAMA
Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhbus xəstəxanada ölüb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, 17.04.2025-ci il tarixində saat 17:00 radələrində 1960-cı il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub, daha sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
“Ağciyər xərçəngi, ağciyər ödemi, kəskin tənəffüs çatışmazlığı diaqnozu təyin olunan şəxsə bütün reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, 18.04.2025-ci il tarixində saat 01:00 radələrində ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Töhfə Səməd
tag: TƏBİB,Sorğu,Məhkum,Ölüm,Todaypress.az,