Pəncərəni sındırıb əlini kəsən 34 yaşlı Şəki sakini xəstəxanada öldü

Hadisə

25.07.2024 00:30

Şəki rayonunun Baş Zəyzid kənd sakini 1990-cı il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu ötən gün saat 20 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib.

TodayPress xəbər verir ki, zərbə nəticəsində şüşə Pərviz Babayevin qolunu kəsib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, lakin tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

tag: Şəki , Baş Zəyzid kənd sakini, Pərviz Babayevin, Hadisə, todaypress.az,