Paytaxt sakini silah-sursatını könüllü olaraq polisə təhvil verdi
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Keçirilən növbəti profilaktik tədbir nəticəsində 36 yaşlı paytaxt sakini 1 tapança və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Araşdırma aparılır.
tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,