Paytaxt sakini silah-sursatını könüllü olaraq polisə təhvil verdi

Hadisə

12.04.2025 11:56

8

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 34 yaşlı paytaxt sakini 1 avtomat silahı və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırma aparılır.

tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,