Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş etdi

Hadisə

02.08.2024 22:24

İstanbul-Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

TodayPress Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.

“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan sonra özünün razılığı ilə sərnişin təyinat məntəqəsinə doğru yoluna davam edib.

Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.

tag: İstanbul-Səmərqənd, Uzbekistan Airways,Heydər Əliyev Beynəlxalq Aeroportu, Təcili eniş,Airbus A320, todaypress.az,